Sabah 38 dərəcə isti olacaq - [color=red]PROQNOZ[/color]
  • SOSİAL

  • 13:45 02 İyun 2020

Sabah 38 dərəcə isti olacaq - PROQNOZ

İyunun 3-də Bakıda  və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 29-32, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz  40-45 faiz təşkil edəcək.   

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 17-22, gündüz  33-38, dağlarda gecə 11-16, gündüz  19-24 dərəcə  isti olacaq. 

Tibbi-meteoroloji proqnoz:

İyunun 3-də Abşeron yarımadasında  meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanlar üçün əsasən əlverişlidir.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR