İyunun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 34-39, Bakıda gecə 22-24, gündüz 37-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.
İyunun 23-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdə qısamüddətli lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 36-41, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti olacaq.
Tibbi-meteoroloji xəbərdarlıq:
Həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.