Sabah Bakıda 32 dərəcə isti olacaq
  • SOSİAL

  • 13:37 01 İyun 2019

Sabah Bakıda 32 dərəcə isti olacaq

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyunun 2-də Azərbaycanda gözlənilən hava şəraiti haqqında məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən ONA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 20-22° isti, gündüz  28-33° isti, Bakıda gecə 20-22° isti, gündüz 30-32° isti təşkil edəcək. Atmosfer  təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 60-70 %, gündüz 35-45 %  olacaq.  

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman. Qərb küləyi gündüz arabir  güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz  31-36° isti, dağlarda gecə 12-17° isti,  gündüz 20-25° isti təşkil edəcək.

OXŞAR XƏBƏRLƏR