Sabah Bakıda duman olacaq, güclü külək əsəcək
  • SOSİAL

  • 13:30 17 Dekabr 2019

Sabah Bakıda duman olacaq, güclü külək əsəcək

Dekabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 10-14, Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında hava əsasən, yağmursuz keşəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

Dekabrın 18-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü əsasən əlverişli olsa da, gilavar küləyinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

ONA

Teqlər: hava proqnoz

OXŞAR XƏBƏRLƏR