• SOSİAL

    11:10 18 dekabr 2020

Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

COVİD-19-a yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq dekabr ayının 19-da kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

ONA xəbər ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat açıqlayıb.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR