Sabah bəzi yerlərdə şimşək çaxacaq, intensiv yağış yağacaq, dolu düşəcək
  • SOSİAL

  • 16:36 23 İyul 2020

Sabah bəzi yerlərdə şimşək çaxacaq, intensiv yağış yağacaq, dolu düşəcək

İyulun 24-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.  Cənub küləyi əsəcək. 

ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-34, Bakıda gecə 22-25, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 754  mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə  şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gündüz tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-34, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə isti olacaq.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR