• SOSİAL

    18:54 24 yanvar 2022

Sabah bəzi yollar buz bağlayacaq, duman olacaq

Yanvarın 25-nə avtomobil yollarında vəziyyət açıqlanıb.

ONA xəbər verir ki, ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvar ayının 25-də gecə və səhər saatlarında Bakı-Quba, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Bakı-Şamaxı-Yexlax, Quba-Qusar, Göyçay-Ucar, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Ucar-Zərdab-Ağcabədi, Hacıqabul-Şirvan, Şuşa-Füzuli, Naxçıvan-Şahbuz, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.

Həmçinin dağlıq rayonlarda bəzi yolların buz bağlayacağı ehtimalı var.

ONA

Teqlər:

SON XƏBƏRLƏR