• SOSİAL

    13:48 9 may 2019

Sabah bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü münasibətilə Fəxri Xiyabanı ziyarətlə bağlı məlumat yayıb. ONA-nın verdiyi xəbərə görə, məlumatda bildirilir ki, sabah Fəxri Xiyaban istiqamətində hərəkət edən vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Səhər saatlarından tədbir tam başa çatanadək Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Belə ki, Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.

Sürücülərdən və avtomobil sahiblərindən xahiş edirik ki, bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər. Tədbirə qatılmaq istəyənlərə ictimai nəqliyyat vasitələrindən, mənzil başına çatmaq üçün sürücülərə isə alternativ yollardan istifadə etmək tövsiyə olunur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR