Sabah duman, çiskin olacaq - [color=red]HAVA PROQNOZU[/color]
  • SOSİAL

  • 13:32 20 Dekabr 2019

Sabah duman, çiskin olacaq - HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında dekabrın 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 10-13, Bakıda gecə 4-6, gündüz 11-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 21-də hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.  Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 8-13, dağlarda gecə 1-5, gündüz 6-11 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 21-22-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

ONA

Teqlər: hava proqnoz

OXŞAR XƏBƏRLƏR