Sabah güclü külək əsəcək - [color=red]XƏBƏRDARLIQ[/color]
  • SOSİAL

  • 13:46 12 Fevral 2021

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Fevralın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək. 

Fevralın 13-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 4-7, gündüz 15-19, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 8-13, bəzi yerlərdə 15-17 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoz:

Fevralın 13-də Abşeron yarımadasında qısamüddətli xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.  

Xəbərdarlıq:

Fevralın 13-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.  

Fevralın 13-də Azərbaycanın rayonlarında qərb küləyinin əsəcəyi, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

 

ONA

Teqlər: hava proqnozu

OXŞAR XƏBƏRLƏR