• SOSİAL

    13:20 23 dekabr 2019

Sabah hava buludlu, dumanlı olacaq - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-8°, gündüz 11-14°, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR