Sabah hava çiskinli olacaq, bəzi yerlərdə qar yağacaq [color=red]HAVA PROQNOZU[/color]
  • SOSİAL

  • 13:55 01 Mart 2021

Sabah hava çiskinli olacaq, bəzi yerlərdə qar yağacaq HAVA PROQNOZU

Martın 2-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər bəzi yerlərdə zəif çiskin olacaq, mülayim şimal küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 3-5,  gündüz  6-9, Bakıda gecə 3-5,  gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət  gecə 70-80 faiz təşkil edəcək.  

Martın 2-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. 

Havanın temperaturu  gecə 2-6, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq. 

ONA

Teqlər: hava proqnozu

OXŞAR XƏBƏRLƏR