Sabah hava dumanlı olacaq
  • SOSİAL

  • 12:21 08 Mart 2020

Sabah hava dumanlı olacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ONA-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu  gecə 4-7° isti, gündüz  11-16° isti, Bakıda  gecə 4-6° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer  təzyiqi  normadan yüksək 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək.  Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq. 

Martın 9-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə  duman olacaq. Arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 3-8° isti,  gündüz 15-20°  isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti  olacaq.