• SOSİAL

    12:49 22 mart 2020

Sabah hava dumanlı olacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 12-16° isti, Bakıda gecə 6-8° isti, gündüz 13-15° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65 % olacaq.

Martın 23-də Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR