Sabah hava yağmurlu, küləkli olacaq - [color=red]HAVA PROQNOZU[/color]
  • SOSİAL

  • 13:33 29 Aprel 2021

Sabah hava yağmurlu, küləkli olacaq - HAVA PROQNOZU

Aprelin 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq  küləyi əsəcək. 

ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu gecə 10-13, gündüz 18-23, Bakıda gecə 11-13, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək. 

Azərbaycanın əsasən şimal və qərb rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər  saatlarında duman olacaq,  şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 11-16, gündüz 22-27, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoz:

Aprelin 30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

 

ONA

Teqlər: hava proqnozu

OXŞAR XƏBƏRLƏR