• SOSİAL

    12:42 7 mart 2020

Sabah hava yağmursuz keçəcək


Martın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

ETSN-dən APA-ya verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-15° isti olacaq.

Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 80-90 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-5° isti, gündüz 10-15° isti olacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR