• SOSİAL

    12:35 19 aprel 2023

Sabah ilin ilk Günəş tutulması olacaq

Aprel ayının 20-də 2023-cü ilin ilk tutulma hadisəsi - Günəş tutulması olacaq.

ONA xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanasından bildirilib. Xəbərə görə, bu tutulma hibrid Günəş tutulmasıdır. Hibrid Günəş tutulması mərkəzi tutulma trayektoriyası boyunca müşahidəçinin mövqeyindən asılı olaraq halqavari və ya tam Günəş tutulmasının müşahidə olunmasıdır.

Tutulma hadisəsi yerli vaxtla saat 05:34-də başlayacaq və saat 10:59-da sona çatacaq. Ümumilikdə 5 saat 25 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 08:16-da olacaq.

Qeyd edək ki, ilin ilk Günəş tutulması Cənub-Şərqi Asiya, Avstraliya, Sakit okean, Hind okeanı və Antarktidada müşahidə olunacaq. Azərbaycan ərazisində isə müşahidə olunmayacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR