Sabah Sumqayıtın bəzi ərazilərinə elektrik enerjisi fasilələrlə veriləcək
  • SOSİAL

  • 18:08 01 Aprel 2019

Sabah Sumqayıtın bəzi ərazilərinə elektrik enerjisi fasilələrlə veriləcək

Sabah Sumqayıtın bəzi ərazilərinə elektrik enerjisi fasilələrlə veriləcək.

Bu barədə ONA-ya "Azərişıq" ASC-dən bildirilib.

Qeyd olunub ki, “Sumqayıt Dəmiryolu İdarəsi” tərəfindən tunel-keçid tikilən ərazidən elektrik xətlərinin köçürülməsi ilə əlaqədar Sumqayıt şəhərinin 6-cı, 10-cu və 12-ci mikrorayonlarında sabah elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

"Azərişıq" yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.