• SOSİAL

    13:34 24 noyabr 2019

Sabah yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONA-ya verilən məlumata görə, yağışın bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 6-9° isti, Bakıda gecə 4-6°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 85-95 % olacaq.

Noyabrın 25-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-4° isti olacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR