• SOSİAL

    13:50 5 iyun 2020

Sabah yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq, güclü külək əsəcək - PROQNOZ

İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb.

ONA xəbər verir ki, ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 24-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

İyunun 6-da Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 6-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR