Azərbaycan ərazisində iyunun 28-nə gözlənilən hava şəraiti açıqlanıb.
ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal -şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 25-28, Bakıda gecə 19-21, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal- şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti təşkil edəcək.
İyunun 28-da Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı şimal və qərb rayonlarında lokal leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.