Mayın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi, axşam əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ONA-ya verilən məlumata görə, cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19, gündüz 23-27, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% olacaq.
Azərbaycanın rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.