Sabah zəif duman olacaq, qısamüddətli yağış yağacaq  - [color=red]Hava proqnozu[/color]
  • SOSİAL

  • 13:40 23 Sentyabr 2020

Sabah zəif duman olacaq, qısamüddətli yağış yağacaq - Hava proqnozu

Sentyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində zəif duman olacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz  25-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq. 

Atmosfer  təzyiqi normadan yüksək 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz  bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. 

Havanın temperaturu  gecə 16-20, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz  12-16 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoz:

Sentyabrın 24-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

 

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR