Sabaha gözlənilən hava şəraiti açıqlanıb
  • SOSİAL

  • 11:57 11 Oktyabr 2020

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Oktyabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  

 

ETSN-in Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə,n mülayim cənub-şərq küləyi əsəcək. 

 

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-16, gündüz  19-23, Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz  40-45 faiz olacaq. 

 

Oktyabrın 12-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı  ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

 

Havanın temperaturu  gecə 10-15, gündüz 22-26, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə  isti olacaq.

ONA

Teqlər: hava proqnoz

OXŞAR XƏBƏRLƏR