• SOSİAL

    18:28 31 mart 2019

Sabahdan dövlət qulluğu imtahanında iştirak üçün ödənişin məbləği artır

Sabahdan dövlət qulluğu üzrə imtahanların tarif qiymətlərinə ƏDV tətbiq ediləcək.

ONA-nın xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) saytında məlumat yerləşdirilib.

Aprelin 1-dən dövlət qulluğu üzrə imtahanların qiyməti aşağıdakı kimi olacaq:

AA - 130 AZN

AB - 118 AZN

AC - 106 AZN

BA - 94 AZN

BB - 83 AZN

Qeyd edək ki, Tarif (Qiymət) Şurasının qərarına əsasən, indiyə qədər qiymətlər aşağıdakı kimi olub:

AA - 110 AZN

AB - 100 AZN

AC - 90 AZN

BA - 80 AZN

BB - 70 AZN

Fərid

Teqlər:

SON XƏBƏRLƏR