Sabahın [color=red]HAVA PROQNOZU[/color]
  • SOSİAL

  • 13:51 04 Yanvar 2021

Sabahın HAVA PROQNOZU

Yanvarın 5-də gözlənilən hava şəraiti açıqlanıb. 

ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gecə 1-3, gündüz  6-8, Bakıda gecə 1-3, gündüz  6-8  dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 60-70 faiz olacaq. 

Yanvarın 5-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu  gecə  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  4-9 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq.  

Tibbi-meteoroloji proqnoz:

Yanvarın 5-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

 

ONA

Teqlər: hava proqnoz

OXŞAR XƏBƏRLƏR