Sabahın hava [color=red]PROQNOZU[/color]
  • SOSİAL

  • 13:30 03 Aprel 2021

Sabahın hava PROQNOZU

Aprelin 4-də gözlənilən hava şəraiti açıqlanıb. 

ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. 

Cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 7-10 dərəcə isti, gündüz 15-19 dərəcə isti olacaq. Bakıda gecə 8-10 dərəcə  isti, gündüz 17-19 dərəcə  isti olacaq. 

Aprelin 4-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.  Şərq küləyi əsəcək. Havanın temperaturu gecə  5-8 dərəcə  isti, gündüz  16-21 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3-6 dərəcə şaxta,  gündüz 7-12 dərəcə, bəzi yerlərdə 16 dərəcə isti olacaq. 

 

ONA

Teqlər: hava proqnozu

OXŞAR XƏBƏRLƏR