Sabahın [color=red]HAVA PROQNOZU[/color]
  • SOSİAL

  • 13:12 04 Oktyabr 2022

Sabahın HAVA PROQNOZU

Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb.

ONA ETSN-in Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-20° isti, gündüz 25-29° isti olacaq. Bakıda gecə 17-19° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

 

ONA

Teqlər: hava proqnozu

OXŞAR XƏBƏRLƏR