• SOSİAL

    13:39 29 mart 2023

Sabahın HAVA PROQNOZU

Martın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

ONA ETSN-in Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR