Sabah Bakıda 28 dərəcə isti olacaq
  • SOSİAL

  • 13:03 07 May 2019

Sabah Bakıda 28 dərəcə isti olacaq

Mayın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONA-ya bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 24-29, Bakıda gecə 14-16, gündüz  26-28 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütununu, nisbi rütubət gecə 60-70, gündüz  45-50 faiz olacaq.    

Azərbaycanın rayonlarında  ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 13-16, gündüz  27-32, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə  isti təşkil edəcək.  

Gülşən Hacıyeva

Teqlər: hava proqnoz bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR