Sabahın hava proqnozu açıqlanıb
  • SOSİAL

  • 12:36 11 May 2019

Sabahın hava proqnozu açıqlanıb

Mayın 12-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

ETSN-dən ONA-ya bildirilib ki, mülayim cənub-qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 14-17° isti, gündüz  20-25° isti, Bakıda gecə 15-17° isti, gündüz  23-25°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi  norma daxilində 761 mm civə sütunu təşkil edəcək. 

Nisbi rütubət   gecə  75-85 %, gündüz 55-65 % olacaq. 

Azərbaycanın rayonlarında gün ərzində əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. 

Gecə və səhər ayrı-ayrı yerlərdə dumanolacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz  25-30° isti, dağlarda gecə 5-10°  isti,  gündüz  13-18°  isti təşkil edəcək.  

 

OXŞAR XƏBƏRLƏR