Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, cənub-şərq küləyi əsəcək.
APA-nın xəbərinə görə, havanın temperaturu gecə 19-23° isti, gündüz 30-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti təşkil edəcək.
Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 14-18° isti, gündüz 23-28° isti təşkil edəcək.