Sabahın hava proqnozu açıqlanıb
  • SOSİAL

  • 13:01 19 Mart 2019

Sabahın hava proqnozu açıqlanıb

Martın 20-də Bakıda və Abşeron yarımadasındaarabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONA-ya verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında  gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək. 

Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq. 
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təşkil edəcək. 

Tibbi-meteoroloji proqnoz:

Martın 20-də Abşeron yarımadasında yağışlı, mülayim küləkli hava şəraiti gözlənilsə də,  ümid edirik ki, bu əhalinin bayram əhval-ruhiyyəsində narahatlıq yaratmayacaq.

Gülşən Hacıyeva

Teqlər: hava