Sabahkı hava meteohəssas insanlar üçün əlverişsiz olacaq - [color=red]PROQNOZ[/color]
  • SOSİAL

  • 15:01 03 Fevral 2020

Sabahkı hava meteohəssas insanlar üçün əlverişsiz olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında fevralın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz  10-15, Bakıda  gecə 3-5, gündüz  13-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 4-də havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.     Havanın temperaturu  gecə  0-5, gündüz  12-17 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  5-10 dərəcə isti  olacaq

Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 04-05-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda gilavar küləyinin əsməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

ONA

Teqlər: hava proqnoz