Ötən il Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) təhsil hüququ ilə bağlı 181 müraciət daxil olub.
ONA-nın xəbərinə görə, Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində bildirilib ki, müraciətlər təhlil edilib, müəyyən olunub ki, bir sıra orta məktəblərdə mövcud olan qeyri-sağlam mühit, müəllimlər arasında münasibətlərin pozulması, məktəb rəhbərliyi və müəllimlər tərəfindən şagird və valideynlərə qarşı qərəzli münasibət, bəzən də hədə-qorxu və təhqirlə müşayiət olunan hallar tədris prosesinə mənfi təsir göstərir.
Odur ki, məktəblərdə şagirdlərə qarşı kobud və ləyaqəti alçaldan hərəkətlərə görə məsuliyyət artırılmalıdır.