• SOSİAL

    19:00 7 mart 2019

Sağlamlıq imkanları məhdud uşaqların I sinfə qəbul qaydası açıqlanıb

Sağlamlıq imkanları məhdud uşaqların I sinfə qəbul qaydası açıqlanıb.

Təhsil Nazirliyindən ONA-ya verilən xəbərə görə, sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün valideynlər ilkin olaraq - valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti, tibbi arayış, 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və yaşayış yerindən arayışı 01.06.2019-cu il tarixdən həftənin III və V günləri Nəsimi rayonu 268 nömrəli xüsusi məktəbdə (ünvan: Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 38) təşkil olunmuş Pedaqoji-Tibbi-Psixoloji komissiyaya müraciət etməlidirlər.

Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur.

Qeyd olunub ki, 2019-2020-ci tədris ilindən etibarən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün qəbul elektron formada həyata keçiriləcək. Belə uşaqların valideynləri üçün növbəyə yazılmaq avtomatlaşdırılacaq, valideyn istədiyi məktəbə övladını yerləşdirə biləcək.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR