Sahah hava çiskinli, küləkli olacaq - [color=red]PROQNOZ[/color]
  • SOSİAL

  • 13:22 08 Dekabr 2020

Sahah hava çiskinli, küləkli olacaq - PROQNOZ

Dekabrın 9-da  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.  

ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 6-8, Bakıda gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət  70-80 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı  yerlərdə duman olacaq, şərq küləyi əsəcək. 

Havanın temperaturu  gecə 0-4,  gündüz 4-8 dərəcə isti, dağlarda gecə 3-8, gündüz  0-3 dərəcə şaxta olacaq.   

Tibbi-meteoroloji proqnoz:

Dekabrın 9-da Abşeron yarımadasında meteoroloji amillərin  zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

ONA

Teqlər: hava proqnoz

OXŞAR XƏBƏRLƏR