“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosial müdafiə, sosial təminat sistemi dayanmadan genişləndirilir, inkişaf etdirilir”.
ONA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bilgəhdə Novruz bayramı münasibətilə Qocalar Evində görüş zamanı deyib.
Nazir bildirib ki, təkcə Prezident İlham Əliyev tərəfindən bu il verilən sərəncamlara nəzər salsaq, görərik ki, bu sahədə atılan addımlar, görülən işlər inqilabi xarakter daşıyır: “Müxtəlif müavinətlərin, təqaüdlərin iki dəfədən çox artırılması, əməkhaqqı və pensiyaların 40 faizdən çox artırılması həqiqətən də inqilabi addımlardır və birbaşa Azərbaycan vətəndaşlarının güzəranının yaxşılaşmasına yönəlib”.
Nazir bildirib ki, sosial təminat, sosial müavinət sistemi mütəmadi inkişaf etməyə, təkmilləşməyə ehtiyacı olan sistemdir: “Daim təkmilləşmə, inkişaf aparılaraq müxtəlif kateqoriyadan olan insanlarımıza xidmət keyfiyyətini daha da yaxşılaşdıracağıq”.