• SOSİAL

    14:38 31 may 2019

Sahil Babayev: "Ötən il sırf əlillik sahəsində 3 milyon manatdan artıq vəsait bərpa edilib"

"Azərbaycanda pensiya sisteminin inkişafına dair 5 illik fəaliyyət planı hazırlanır. Biz burada beynəlxalq təşkilatları, xarici şirkətləri cəlb edərək bu planın hazırlanmasına başlamışıq".

ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, bu planın önəmli komponentlərindən biri də özəl pensiya fondlarıdır: "Qanunvericiliklə onların fəaliyyətinə heç bir qadağa yoxdur. Onların fəaliyyət mexanizmi, fəaliyyət və tətbiq olunma dairəsi, hüquqi-maliyyə rejimlərinə dair ətraflı araşdırmalar nəticəsində müafiq normativlər hazırlanacaq".

Nazirin sözlərinə görə, ötən il sırf əlillik sahəsində 3 milyon manatdan artıq vəsait bərpa edilib: “Digər sosial sahələrdə isə son bir ildə 8 milyona yaxın vəsait dövlət büdcəsinə bərpa edilib. Burda əsas məsələ odur ki, vəsait geri qaytarılmalıdır. Əksər hallarda bu vəsait vəzifəli şəxslər tərəfindən ödənilir”.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR