Salyanda ağac kəsən şəxs cərimələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Salyan rayonunun Çuxanlı kəndi ərazisində köküstə yaş söyüd ağacının kəsildiyi aşkar edilib.
Araşdırma zamanı ağacın Çuxanlı kənd sakini Aftandil İmanov tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və ona 2900 manat məbləğində cərimə və ziyan tətbiq edilib.