Martın 9-da Dövlət İmtahan Mərkəzində (DİM) növbəti SAT imtahanı keçirilib.
Mərkəzdən ONA-ya verilən məlumata görə, imtahanlar DİM-in inzibati binasında təşkil olunmaqla təlimata təşkil olunub.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 40 nəfərdən 33 nəfəri iştirak edib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmək üçün zəruri şərait yaradılıb.
SAT imtahanının nəticəsinin martın 22-də elan olunması gözlənilir. Nəticələrlə https://sat.collegeboard.org/scores linkində tanış olmaq mümkün olacaq.