“İndiyə qədər Türkiyənin zəlzələ baş verən bölgəsində zərərçəkən, xəsarət alan, yaxud ölən Azərbaycan vətəndaşları haqqında səfirliyin “Qaynar xətti”tə heç bir müraciət daxil olmayıb” .
Azərbaycanın Türkiyədəki səfirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, Türkiyədəki zəlzələ zonasından vətəndaşlarımızın təxliyyəsilə bağlı da “Qaynar xətt”in fəaliyyəti davam edir.
Hazırda 100-dən çox Azərbaycan vətəndaşı təhlükəli zonadan təxliyyə edilsə də, bu gün təxliyyə üçün müraciət daxil olmayıb: “Müraciət olunarsa, təxliyyə və səfər hazırlıqları üçün vətəndaşlarımıza hər bir şərait yaradılacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi ilə bağlı tapşırıq verib.
Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla 20.55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.
Hadisədən dərhal sonra Azərbaycanın Türkiyədəki səfirliyində 00905526792565 nömrəli “Qaynar xətt” yaradılıb.