“Azərbaycanda uzun müddətdir əhali digər çiçək növlərinə qarşı peyvənd olunduğu üçün yaşı 40-dan artıq olan insanlar üçün meymunçiçəyinin demək olar ki, qorxusu yoxdur. Çünki peyvənd olunublar”.
Bunu APA-ya açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.
Gənc nəslə gəlincə, Teymur Musayev deyib ki, virusun insandan insana keçməsi üçün çox sıx təmas olmalıdır:
“Fərdi gigiyena qaydaları vacibdir. Artıq COVİD-19-dan sonra hamı bunu yaxşı başa düşür. Gigiyenik məhlullardan istifadə edilməli və sosial məsafə saxlanılmalıdır”.