• SOSİAL

    16:58 23 aprel 2021

Səhiyyə nazirinin vəzifələrini müvəqqəti Teymur Musayev icra edəcək

Səhiyyə nazirinin birinci müavini vəzifəsi təsis edilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Səhiyyə Nazirliyi haqqında Əsasnaməsinə edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikdən sonra səhiyyə nazirinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və dörd müavini var.

Prezident İlham Əliyev Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi haqqında sərəncam da imzalayıb.

Sərəncama əsasən, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilib.

Qeyd edək ki, Teymur Musayev Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR