• SOSİAL

    16:18 15 oktyabr 2021

Səhiyyə Nazirliyi: Azərbaycanda uşaqlar arasında koronavirusa yoluxma artmağa başlayıb

“Azərbaycanda uşaqlar arasında koronavirusa yoluxma artmağa başlayıb”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov "Yenidoğulmuşlarda görülən xəstəliklər" mövzusunda çıxışında deyib. O bildirib ki, bunun səbəbləri var: “Böyüklərin əksəriyyəti peyvənd olunub. Uşaqlar arasında isə peyvəndləmə aşağıdır. Bundan başqa məktəblər açıldıqca, uşaqların ünsiyyəti artdıqca yoluxma riski artır. Bütün ölkələrdə uşaqlar arasında virusun yayılma ehtimalı artır”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR