Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin aprel ayında daha bir neçə Bioloji Fəallığa Malik Qida Əlavəsinə (BFMQƏ) mənfi rəy verib.
ONA-nın AEM-ə istinadən verdiyi xəbərə görə, “Cerebromax” (Rumıniya), “Qlistofit” (Ukrayna), “Helix Plus (Türkiyə), “Altin” (Hindistan), “Ultra Vitamin C” (Böyük Britaniya), “Ultra Vitamin B Complex” (Böyük Britaniya), “Opti-Men” (ABŞ), “Sleepamin” (Rusiya), “Renistan Forte” (Türkiyə), “Helmatrex” (Hindistan), “Paksil Breyn” (Hindistan), “Hilmanil” (Hindistan), “NormoKid Phyto” (Türkiyə), “Forever B12 Plus” (ABŞ) və “Forever Multi-Maca” (ABŞ) bioloji qida əlavələrinə mənfi rəy verilib.
“Neyrosetin” kapsulu (Bolqarıstan), “İmutens PR” tableti (Türkiyə), “Nuzarto” tableti (Türkiyə) “Kidoimmuno” şərbəti (Türkiyə), “Flatus” şərbəti (Türkiyə), “Mastonatura” kapsulu (Rumıniya), Urozed kapsulu (Türkiyə), uşaqlar və böyüklər üçün “Forever Kids” tableti (ABŞ) ilə bağlı müraciətlərə isə xitam verilib.
Qeyd edək ki, AEM Bioloji Fəallığa Malik Qida Əlavələrinin, tibbi və kosmetoloji ləvazimatların ekspertizasını həyata keçirir.