• SOSİAL

    13:30 11 aprel 2019

Səhiyyə Nazirliyi: Naxçıvanda hemofiliya sahəsində iş sıfır vəziyyətdədir

"Naxçıvanda hemofiliya sahəsində iş sıfır vəziyyətdədir. Onların da büdcəsi var, amma nədənsə az dərman alırlar".

ONA xəbər verir ki, bunu "Azərbaycanda hemofiliya: problemlə necə mübarizə aparmalı?" mövzusunda keçirilən mətbuat konfransında Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova deyib.

O bildirib ki, xəstələr 3 dərman aldıqlarını bildiriblər: “Onların xəstələrinin 80 faizinin yükü bizim üzərimizə düşür. Onlar bizə müraciət edirlər, deyirlər qonaq gəlmişik, biz onları geri qaytara bilmərik". E.Qədimova bildirib ki, gələn ay problemlə bağlı Naxçıvanda seminar keçirəcəklər.

Mərkəzin direktoru sünnətlə də bağlı narazılığını bildirib: "Biz sünnəti o zaman edirik ki, xəstə qanaxma ilə müraciət edir, diş çəkilir və əlavə olaraq cərrahlardan xahiş edirik, sünnət olunur. Hamını sünnət eləsək, dərman çatmaz. Onlar başa düşmür və şikayətə gedirlər. Onları maarifləndirmək lazımdır, çünki ağır vəziyyətdə olan xəstələri sünnət eləsək, ölümə məhkum olarlar. Əlavə dərmanı istifadəsi yolverilməzdir".

Aytən

Teqlər:

SON XƏBƏRLƏR