• SOSİAL

    10:14 15 iyul 2019

Səhiyyə Nazirliyi Şəki Xan Sarayında xəsarət alanların vəziyyəti barədə məlumat açıqlayıb

Səhiyyə Nazirliyi Şəkidə baş verən hadisə ilə bağlı xəsarət alanların son vəziyyəti barədə məlumat yayıb.

Nazirlikdən ONA-ya verilən məlumata görə, Şəki MRX-yə yerləşdirilən Xatirə Ağamalıyevanın (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) vəziyyəti ağır, Elxan Məmmədovun (onurğanın qapalı travması) vəziyyəti isə orta-ağır hesab olunur.

Klinik Tibbi Mərkəzdə müalicə olunan İlkin Məmmədovun (ağır dərəcəli kəllə-beyin travması, sağ ayaqda sınıq), Sara Hasan (çanaqda sağ bud sümüyünün qapalı travması), Farik Hasan (sol incik sümüyünün sınığı), Al Hasan Samirənin (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri ağır stabildir, həyati təhlükələri yoxdur.

Qeyd edək ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq sarayın həyətində olan turistlərin üzərinə düşüb.

Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 4 nəfərin vəziyyəti ağırdır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR