Səhiyyə Nazirliyi Şəkidə baş verən hadisə zamanı xəsarət alanların son vəziyyəti barədə açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır, stabil qiymətləndirilir.
Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədovun vəziyyəti isə orta ağırdır.
Qeyd edək ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1 nəfər ölüb. Hadisədən zərər çəkmiş 13 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb.