Yeni tədris ilindən etibarən bütün ali məktəblərdə “Multikulturalizmə giriş” adlı fənn tədris olunacaq.
Bu barədə ONA-nın sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova məlumat verib.
O bildirib ki, bu fənnin tədrisi üçün dərslik vəsaiti Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin rəhbərliyi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə hazırlanır: “Hazırda dərs vəsaiti üzərində son işlər görülür. Kitab iki Multikulturalizm bölməsi və Dinlər, dini durum, milli-mənəvi dəyərlərimiz adlı mövzuları əhatə edən iki hissədən ibarətdir. Kitabın müəllifləri arasında dövlət qurumlarının əməkdaşları, ilahiyyatçılar, ali məktəb müəllimləri və bu sahənin digər peşəkar mütəxəssisləri var”.